Deputat Bayıl yamacında baş verənlərdən danışdı - "Sui-istifadə olmasın"

Deputat Rafael Cəbrayılov Bayıl yamacında baş vermiş sürüşmə hadisəsi ilə bağlı ərazidən köçürülən sakinlərin hələ də didərgin halda yaşamasına mübasibət bildirib. O deyib ki, sürüşmə yüksək təhlükə mənbəyi olan təbiət hadisəsidir: “İnsanların buradan çox çevik şəkildə köçürülməsini, təhlükəsizliyini və məişət şəraitinin maksimum səviyyədə təmin olunmasına cəhd olunmasını yüksək qiymətləndirirəm. Bu istiqamətdə müvafiq dövlət orqanları, o cümlədən Səbail Rayon İcra Hakimiyyəti gərgin şəkildə bu işlə məşğuldur. Bu, dövlətin humanizmindən irəli gələn bir məsələdir. Dövlətin öz funksiyalarını çox çevik şəkildə icra etməsi insanlara qarşı bu humanizmi nümayiş etdirməsi alqışlanmalı bir haldır. Amma bir dəyər olaraq, hər bir humanizm, demokratiya, insanpərvərlik hüquqa söykənəndə daha dəyərli olur. Buna görə də insanların ordakı narazılıqlarını başa düşürəm”.
R.Cəbrayılov qeyd etdi ki, mətbuatda da o evlərin boşaldıldığını oxuyub. Amma evlərin saxlanca götürülməsi və onun qorunmasının təmin olunması ilə bağlı insanlarda heç bir hüquqi sənəd yoxdur: “Əgər o ərazi söküləcəksə, həmin insanlar yeni evlərlə təmin olunacaqsa, bu da hüquqa söykənməli, müvafiq müqavilələr bağlanmalıdır. Yoxsa, insanlara yüksək təhlükə mənbəyi deyilən yerdən “əşyalarınızı götürün çıxın” demək və bunu da qeyri-müəyyən müddətə qədər uzatmaq düzgün deyil. Hüquqa söykənməyən humanizm, yaxud demokratiya o qədər də yüksək qiymətləndirilə bilməz. Ona görə də müvafiq dövlət orqanlarına tövsiyə edərdim ki, bu cür çevik şəkildə humanizmi hüquqla qüvvətləndirərdilər. Həmin insanlarla müqavilələr bağlanırdı, yaxud, dövlət səviyyəsində Nazirlər Kabinetində müəyyən bir akt verilərdi. İnsanlarda bir əminlik yaranardı ki, dövlətin nümayiş etdirdiyi humanizm sonra hansısa məmurların süründürməçiliyi və sui-istifadəsi ilə nəticələnməyəcək. Mən hüquqa söykənən humanizmin tərəfdarıyam”.
Qeyd edək ki, ərazidə yanvarın 24-dən etibarən sürüşmə təhlükəsi yarandığı üçün sakinlər köçürülüb. İndiyədək insanların bir qismı orta məktəbdə, qalanları isə qohum evində məskunlaşıb. Kirayəpulu adıyla pul veriləcəyi deyilsə də, hələ ortada konkret nəticə yoxdur. İnsanların əksəriyyəti kirayəpulunun az olduğunu iddia edir. Bəziləri isə kirayəyə çıxacağı təqdirdə evinin taleyindən narahatdır, çünki icra hakimiyyətinin nümayəndələri sakinlərə kirayəpulu veriləndən sonra evlərin söküləcəyini deyib.
Könül
Prezidentin bugünkü Qazaxıstan səfərindən VİDEOÇARX
Nəqliyyat xidmətləri artıq istifadəyə verilib - WUF13 Əməliyyat Şirkəti
Bakı yollarında tıxac belə həll olunacaq - DETALLAR
Paytaxtın 16 küçəsində sıxlıq var - SİYAHI
Bakı-Ələt yolunda körpünün bir hissəsi çökdü; uzun tıxac yarandı - FOTO - VİDEO
Dəmir yollarında üztanıma ilə ödəniş təhlükəsizliyi artıracaq - Ekspert - VİDEO
Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Sosial şəbəkələrin psixologiyaya təsiri: “İnsanlar başqası olmağa çalışır”
Onlayn kreditlər niyə populyarlaşıb? – Ekspertdən AÇIQLAMA
Şəhərin mərkəzində çəkilən qeyri-adi qoşa xətt narazılıq doğurur - VİDEO
Pakistanın vasitəçiliyi nəticə vermədi: ABŞ–İran xəttində gərginlik artır – POLİTOLOQ









