Deputat da məhkumların qaçmasından danışdı

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadə xüsusi təyinatlı qatardan qaçan məhkumlardan danışıb. O “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, Bakı-Astara-Bakı xüsusi təyinatlı qatardan məhbusların qaçması faktı ilə bağlı rəsmi qurumlar artıq açıqlama veriblər: “Belə ki, hər iki şəxs barəsində cinayət işi qaldırılıb və bu qanunauyğundur. Onlar barəsində Cinayət Məcəlləsinin 304.2 maddəsi ilə cinayət işi başlanılıb. Bundan əlavə,ola bilməz ki bu qaçma prosesində vəzifəli şəxslərin iştirakından söhbət getməsin. Buna görə də CM-nin 308.2-ci maddəsi ilə də cinayət işi başlanılıb. Bu məhkumların qaçması ilə bağlı qaldırılmış cinayət işinin daha operativ aparılması onların həbsindən sonra mümkün olacaq. Onlara qaçması üçün hansısa bir şəraitin yaradılıb yaradılmadığı, səhlənkarlığın olması, qabaqcadan rəsmi şəxslərlə əlbir olub olmama kimi məsələlər tutulandan sonra aydın olacaq.
İndidən onların aparılıb gətirilməsi üçün məsuliyyət daşıyan Penitensiar Xidmətin əməkdaşlarını, istərsə də başqalarını günahlandırmaq tezdir. Fərziyyələr üzərində hansısa fikir söyləmək məqsədəuyğun deyil”.
Bu arada Bakıda məhbusların qaçması faktı ilə bağlı Penitensiar Xidmətin azı üç əməkdaşı istintaqa cəlb edilib. Avtosfer.az-ın “Report”a istinadən məlumatınaa görə, hadisədən sonra həmin şəxslərdən izahatlar alınıb. Hazırda istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda paytaxtda gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar. Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılırmış.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










