Deputat hər yerə parkomat quraşdıranları sərt tənqid etdi

Gündəm 12 Fevral 2016 17:34 Oxunub 1490
Deputat hər yerə parkomat quraşdıranları sərt tənqid etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəxtiyar Əliyev: «Bunların himayədarları kimlərdir?»

«Şəhər nəqliyyatı təsərrüfatı dəyişdirilməlidir». Avtosfer.az xəbər verir ki, bu barədə Milli Məclisin iclasında parlamentin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev deyib. O qeyd edib ki, Bakıda avtobusları idarə edənlərin heç sürücülük vəsiqəsi olmur. Deputatın sözlərinə görə onlar bəzən sərxoş hallarda avtobusu sürür və qəzalara səbəb olurlar. “Statistikada göstərir ki, bu qəzalarda ölənlərin sayı təbii ölümlərdən çox olur. Avtobuslar gətirilib, bu, çox gözəldir. Bəs avtobusların dayanması necədir? Elmlər Akademiyasının yanındakı dayanacaqda 10 avtobus yolun sağında, 10 avtobus solunda bir anda dayanır. Onlar tıxac yaradır və ya əks tərəfə çıxırlar. Bu imtiyazlar onlara kim tərəfindən verilir? Bunların himayədarları kimlərdir?».

Bəxtiyar Əliyev eyni zamanda paytaxtda hər addımda quraşdırılan parkomatlar barəsində də danışıb. “Prezident bildirmişdi ki, maşınların dayanmasını çubuqla idarə edənlərin pulu bələdiyyələrə yönəldilsin. Bu gün maşınların saxlanılması üçün parkomatlar quraşdırılıb. Çox gözəl. Amma bu parkomatlar harada gəldi qoyulub. Baxırsan dar və birtərəfli yoldur, yolun həm sağında, həm də solunda parkomat quraşdırılır və yol daralır. Qanunla, bu, qadağandır. Yolların genişləndirilməsi tıxacların qarşısının alınması üçün edilib. Parkomatlara nəzarət edənlər kimdir? Başqa bir misal deyim. Avtobus dayanacaqlarında parkomatlar quraşdırılıb, maşınlar, taksilər də dayanır. Bəs sərnişin harada minib düşsün?

Bu məsələlər ictimaiyyətdə narahatlıq doğurur və qayda-qanun yaradılmalıdır. Şəhər nəqliyyatı təsərrüfatı dəyişdirilməlidir”. 

Milli Məclis üzvü qeyd edib ki, paytaxtda eyni istiqamətdə hərəkət edən qəşəng avtobuslarla yanaşı, işə yaramayan tüstüləyən avotbuscda işləyir. “Şəhərin ortasına bu marşrutlara kim baxır? Biz gözəl qanunlar qəbul edirik. Amma bu qanunların icrasına nəzarət yoxdur. Təklif edirəm ki, Milli Məclisin qanunların icrasına nəzarət funksiyası səlahiyyəti bərpa edilsin”.  

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh