Deputat Sumqayıt yolunda həlak olan tələbənin yaxınlarına zəng etdi

“Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən avtobus qəzasında həlak olanlardan biri də Sumqayıt Dövlət Universitetinin tələbəsi Rəşad Canıyev idi. Rəşad ailədə iki bacının bir qardaşı idi, atası da ötən ilin aprelində vəfat edibmiş. Rəşadın ailəsinin telefon nömrəsini tapdım, onlara zəng edib, özümü təqdim etdim. Anası və bacısı ilə danışdım. Oğullarına görə başsağlığı verdim, bayramlarını təbrik etdim”. Avtosfer.az-ın məlumatına görə, bu barədə sosial şəbəkədəki hesabında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bildirib. A.Mirzəzadə qeyd edib ki, bayram günündə onları yada salmağı özünə borc bilib: “Bakıda olmadıqlarını, şəhərə qırx mərasimindən sonra qayıdacaqlarını dedilər. Razılaşdıq ki, həmin zaman bir qrup deputatla onlara gələcəyik”.
Emin
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












