Deputat təyyarədə müdiri döydü – VİDEO

Hindistan Hava Yollarına məxsus təyyarədə biznes klass bileti olmasına baxmayaraq, ekonom klassla səfər etmək məcburiyyətində qalan qatı sağ Siv Sena Partiyasından millət vəkili olan Ravindra Qaikvad tərliyi ilə şirkətin növbətçi müdirini döyüb, personalı təhqir edib. Avtosfer.az xəbər verir ki, bu barədə azvision.az xarici KİV-ə istinadən xəbər verir. Hadisə Hindistan Hava Yollarının cümə axşamı günü Pune-Yeni Delhi aviareysini yerinə yetirən təyyarəsində baş verib. Tələbat olmadığından biznes klass biletlərinin ləğv edildiyi əvvəlcədən köməçisinə bildirilməsinə baxmayaraq, Qaikvad təyyarə Yeni Delhiyə endikdən sonra yarım saata qədər təyyarədən enməkdən imtina edib. Bundan sonra Qaikvadı fikrindən daşındırması üçün şirkətin növbətçi müdiri R.Skumar hadisə yerinə çağırılıb. Qaikvad əvvəlcə təyyarədən enməsini tələb edən Skumarı sillələyib. Bununla da hirsi soyumayan millət vəkili 60 yaşlı növbətçi müdiri tərliyi ilə döyüb. Skumar ətrafdakıların köməkliyi ilə hadisə yerindən uzaqlaşdırılıb. Şirkət hadisə ilə bağlı araşdırma başladaraq, millət vəkilini məhkəməyə verib. Eyni zamanda bundan sonra uçuşlar zamanı bu tipli hadisələr törədən sərnişinlərə şirkətin xidmətlərindən istifadə etməyi qadağan edib. Təyyarədən endikdən sonra jurnalistlərin suallarını cavablandıran Qaikvad bunları deyib: “Belə tərbiyəsizliyə göz yuma bilməzdim. Ona görə də Skumarı 25 dəfə tərliyimlə vurdum. Məni polisə veriblər. Versinlər. Mən də onları aidiyyatı orqanlara şikayət edəcəm”. Skumar isə hadisənin necə baş verdiyini belə xatırlayır: “Ona təyyarədən enməsini söylədiyimdə, qabalaşdı və söyüş söyməyə başladı. Millət vəkillərimiz belə hərəkət edirsə, tanrı Hindistanı qorusun”.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










