DEPUTAT: "Yollarda həllini gözləyən problemlər var"

2007-2013-cü illər ərzində Azərbaycanın nəqliyyat sektoruna 14,5 milyard dollar investisiya qoyulub. Bu barədə dünən Bakıda keçirilən "Yol və yeraltı infrastruktur-urbanizasiya problemlərinin həlli yolları" adlı konfransda Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti və iqtisadiyyatı şöbəsinin sektor müdiri Heydər Turabov məlumat verib. Onun sözlərinə görə, investisiyaların ümumi həcmindən təxminən 12 milyard dollar yol-nəqliyyat infrastrukturunun inkişafına qoyulub. O cümlədən bu məqsədlər üçün 2013-cü ildə 2,4 milyard dollara yaxın vəsait yönəldilib. Bunun nəticəsində 2003-cü ildən 2013-cü ilə kimi Azərbaycanda yükdaşımaların həcmi 3,8 faiz, tranzitdaşımalar 8,6 faiz, sərnişindaşımalar isə 6,1 faiz artıb.
Qeyd edək ki, son 10 il ərzində Azərbaycanın nəqliyyat sektoruna 20 milyard dollar sərmayə qoyulub. Həmçinin yol-nəqliyyat infrastrukturunun inkişafına, körpülərin, keçidlərin, yol ötürücülərinin, aeroportların, yeni limanın tikintisinə, nəqliyyat vasitələrinin alınmasına da investisiya qoyulub.
Bu vəsaitlər hesabına son 10 il ərzində 9 min kilometrdən artıq avtomobil yolu, 250 tunel, körpü və yol ötürücüsü təmir edilib, bərpa olunub və tikilib, altı aeroport tikilib və yenidən qurulub, digər işlər görülüb. Nəqliyyat sektoruna investisiyalar təkcə dövlət vəsaitləri ilə deyil, həm də iri beynəlxalq maliyyə institutlarından kreditlərin cəlb edilməsi yolu ilə də həyata keçirilir ki, bu da ölkəmizə göstərilən böyük etimadı sübut edir.
Bu məsələyə münasibət bidlirən iqtisadçı ekspert Əli Əlirzayev “Üç nöqtə”yə açıqlamasında dedi ki, Azərbaycan nəqliyyat sistemində təbii ki, bəzi işlər görülüb: "Sovet dövründən qalan yollar əsaslı yenidən qurulub, yeni yollar salınıb, körpülər, keçidlər inşa olunub. Lakin bir çox magistral yollar yeni çəkilməsinə baxmayaraq, sona çatmamış təmirə dayanır, Elə magistral yollar var illərlədir ki, istifadə verilmir, hansıki o yolların alternative yoxdur, şəhərdə tıxacların yaranmasına səbəb olur”.
Müsahibimiz deyir ki, yeni çəkilən yolların kəmiyyət göstəriciləri yaxşılaşsa da, keyfiyyət göstəriciləri qənaətbəxş deyil: «Beynəlxalq standartlarda çəkilən yolların ən azı 10 il heç bir təmirə ehtiyacı olmamalıdır. Amma bizdə milyonlar qoyulan yollar az müddətdən sonra sıradan çıxır”.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov qəzetimizə bildrdi ki, Bakı və regional proqramları çərçivəsində yol-nəqliyyat infrasturukturun yaxşılaşdırılması üçün müəyyən işlər görülüb. Amma bu yetərli deyil. Bu sahədə bir sıra əlavə tədbirlərin görülməsinə ehtiyac var. Ən başlıca tələb yolun keyfiyyətinin dünya standartlarına uyğun qurulmasıdır. Yolun keyfiyyəti, yolun uzunluğu, rahatlığı və digər məsələr var. İkinci ən vacib isə alternativ yolların çəkilməsidir”.
Millət vəkili hesab edir ki, nəqliyyat strukturuna yatırılan dövlət investisiyaların həcmini azaltmaq üçün isə ödənişli yollar sisteminə keçməkdir: “Artıq həmin yolun saxlanılması xərcini dövlət vəsaitləri hesabına olmaz”.
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO










