Deputatın avtomobilini partlatmaqda şübhəli bilinən şəxs saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları deputat Givi Tarqamadzenin avtomobilinin partladılması işi üzrə bir nəfəri saxlayıb və daha bir nəfərə ittiham irəli sürüblər. Avtosfer.az xəbər verir ki, bu barədə "Report Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Gürcüstan DİN-in mətbuat xidmətindən bildirilib.
Nazirliyin məlumatına görə, 1976-cı il təvəllüdlü B.Ç. Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsi (partlayıcı maddələrin və silah-sursatın qanunsuz saxlanılması və əldə edilməsi) üzrə saxlanılıb. Tbilisinin müxtəlif rayonlarında bu cinayətlə əlaqəsi olmaqda şübhəli bilinən şəxslərin mənzillərinə və qarajlarlarına baxış həyata keçirilib. Axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları partlayıcı qurğuların hazırlanması üzrə kitablar və əlyazmalar, məsafədən idarə olunan partlayıcı qurğu hazırlanması üçün lazım olan materiallar, məsafədən idarəetmə pultları, heksogen və trotil dolu bir neçə bağlama, optik nişangah, 6 qumbara, patronlar və s. aşkarlayaraq dəlil kimi müsadirə ediblər.
Qeyd edək ki, bu il oktyabr 4-də axşam saatlarında Tbilisinin mərkəzi rayonlarından birində "Vahid Milli Hərəkat" Partiyasının deputatı Givi Tarqamadzenin avtomobilində partlayış törədilib. Partlayış nəticəsində hadisə yerinin yaxınlığında olan 5 nəfər yaralanıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












