Deputatın oğlu maşınla adam vurub? - Açıqlama

"Mənim oğlanlarım, ümumiyyətlə, avtomobil idarə etmirlər”. Avtosfer.az xəbər verir ki. bu sözləri Unikal.org-a açıqlamasında YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov övladının qəza törətməsi xəbərinə münasibət bildirərkən deyib. O, açıqlamasında bildirib ki, ailəsi və özü yayılan məlumatdan xəbərdardır və bu barədə hüquqi tədbir görülməsi üçün artıq vəkillə danışılıb: "Övladımın qəza törətməsi ilə bağlı yayılan informasiya yalandır. Xəbəri yayan saytı bu gün məhkəməyə verəcəm. Artıq vəkilimlə danışmışam. Mənim övladlarım ümumiyyətlə avtomobil sürmürlər. Onlar elə yerdə çalışırlar ki, özlərinin sürücüləri var. Oğlanlarım uşaq deyil! Bizi istəməyən qüvvələr belə "informasiyalar” yaymaqla panika yaradır və məni provakasiyaya çəkmək istəyirlər”.
Xatıradaq ki, dünən Bakının Xətai rayonu ərazisində ölümlə nəticələnən yol qəzası olub. Criminal.az xəbər verib ki, "Bakı" kinoteatrı yaxınlığında iki minik maşını toqquşub. Qəza nəticəsində bir qızın öldüyü bildirilir. Hadisə şahidləri iddia edir ki, qəzanı törədən şəxs deputat Hüseynbala Mirələmovun oğludur. Hadisədən qısa vaxt sonra maşının nömrəsi ilə birlikdə o başqa maşınla ərazidən uzaqlaşıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












