Deputatlar velosiped sürdü - FOTOLAR

Bu gün Prezident yanında Gənclər Fondunun və Nərimanov Rayon İcra Hakimiyyətinin maliyyə dəstəyi, Azərbaycan Velosiped İdmanı Federasiyası, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “İslahatlı Gənclər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Nərimanov rayonunda “Təmiz şəhər naminə hərəkətdə ol!” adlı veloyürüş keçirilib. Avtosfer.az-a daxil olan məlumata görə, veloyürüşün keçirilməsində məqsəd şəhərimizin ekologiyasını qorumaq, gənc nəsildə sağlam həyat tərzinin təbliği və onların asudə vaxtını daha da səmərəli təşkil etmək, velosiped idmanının inkişaf etdirilməsindən və s. ibarətdir. Yürüşdə Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Milli Məclisin deputatları Adil Əliyev, Hikmət Babaoğlu, Şahin İsmayılov, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavinləri Şahmar İbadov, İlqar Mirzəyev, Rəşid Ağayev, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Təhsil üçün gənclər mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə və bir sıra dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə yanaşı 150 nəfərə yaxın gənc iştirak edib. Həmçinin yürüşdə velosiped üzrə olimpiya çempionları Aleksandr Averin, Tamara Polyakova iştirak edib.
Veloyürüşdə 5000 metr məsafə qət edilib.






Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO










