Dərman preparatlarını gizlədərək keçirmək istədi - VİDEO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Belə ki, daxil olmuş əməliyyat məlumatına əsasən Istanbul-Bakı aviareysi ilə gələn 3 Azərbaycan Respublikası vətəndaşı nəzarətə götürülüb. Yoxlama otağına dəvət olunan vətəndaşlardan birinin üzərində şəxsi yoxlama zamanı sol ayağındakı corabın içindən 5 ədəd “Gemtu 1000 mg/10 ml” və sağ ayağındakı corabın içindən 5 ədəd “Gemtu 1000 mg/10 ml”, həmçinin belindəki karsetin altından gizlədilmiş şəkildə “İrontu 100 mg/5 ml”, “Gemtu 1000 mg/10 ml” , “Docetu 80 mg/4 ml” markalı olmaqla, ümumilikdə 85 ədəd dərman preparatları aşkar edilib.
Bundan sonra onunla birgə daha iki şəxsin eyni üsulla, bellərində olan karsetin içərisində gömrük nəzarətindən gizlədilməklə ölkə ərazisinə gətirilən “Gemtu 1000 mg/10 ml”, “İrontu 100 mg/5 ml” və “Docetu 80 mg/4 ml” markalı olmaqla 130 ədəd dərman preparatı aşkarlanıb. Ümumilikdə, 3 nəfər şəxsin ölkə ərazisinə qanunsuz yolla gətirmək istədiyi dərman preparatlarının sayının 215 ədəd olduğu müəyyənləşib.
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI










