"Dərmanların qiyməti 90 faiz aşağı düşüb"

Azərbaycanda dərmanların qeydiyyatı və qiymətlərinin tənzimlənməsi qaydalarına müəyyən düzəlişlər olunacaq. Avtosfer.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə deyib. Nazir müavininin sözlərinə görə, xarici ölkə valyutalarının məzənnəsinin dəyişməsi ilə əlaqədar dərman şirkətlərinin Azərbaycan hökumətinə etdiyi müraciət artıq öz həllini tapıb: "Mərkəzi Banka bununla bağlı müvafiq tapşırıq verilib. Yeni qəbul ediləcək sənədlə qaydalarda müəyyən dəyişikliklər olacaq. Dərmanların qeydiyyatı və qiymətlərin tənzimlənməsi qaydalarında müəyyən düzəlişlər olacaq. Hazırda Mərkəzi Bankın həmin günə olan məzənnəsi əsas götürülür. Amma bunun dəyişməsi nəzərdə tutulur və həmin gün üçün valyutanın (dolların) bazardakı real qiyməti əsas götürüləcək".
Azərbaycanda hər bir yeni qeydiyyatdan keçirilən dərman preparatlarının qiyməti Tarif Şurası tərəfindən müəyyən ediləcək. Nazir müavinin sözlərinə görə, Azərbaycana gələn dərmanların hər bir seriyası Səhiyyə Nazirliyində yoxlandıqdan sonra onların gömrük orqanlarında rəsmiləşdirlməsinə icazə verilir: "Çünki qanunvericilik bunu tələb etdiyindən gömrük orqanları da bunu tələb edir. İlk növbədə, hər kəsi dərmanların keyfiyyəti maraqlandırır. Qiymət aşağı olması ilə yanaşı, onun keyfiyyəti də vacib amildir. Tarif Şurasının Səhiyyə Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində dərmanların qiyməti 2-3 dəfə, ümumilikdə isə dərmanların qiyməti 90 % aşağı düşüb. Bu, mütəmadi və tamamlanmayan prosesdir. Hər bir yeni qeydiyyatdan keçirilən dərman prepapartlarının qiyməti Tarif Şurası tərəfindən qoyulacaq. Müəyyən xırda problemlər yaşanılır və bunun da yerində aradan qaldırılması istiqamatində tədbirlər görüləcək".
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO










