DGK-nın 130 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub

Bu ilin ilk 6 ayında Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) işdə nöqsanlara yol vermiş 130 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. Avtosfer.az xəbər verir ki, bunu Komitənin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov bildirib. O deyib ki, 32 əməkdaşa xidməti intizam qaydalarının tələblərini pozduğuna, 98 əməkdaşa isə auditin nəticələrinə görə intizam tənbehi tətbiq edilib. Komitə sədri onu da bildirib ki, ilin birinci yarısı ərzində idxal istiqamətində gətirilən 13,5 tondan artıq kənd təsərrüfatı, ərzaq və digər məhsullar muxtar respublikaya daxil olmadan geri qaytarılıb. Həmin malların geri qaytarılması, əsasən, üzərində istehlak tarixinin olmaması və ya istehlak müddətinin bitməsi, keyfiyyətsiz və ya xarab olması, mənşəyin məlum olmaması, tərkibində nitratın miqdarının normadan artıq olması kimi səbəblərlə bağlı olub. Ümumilikdə, ayrı-ayrı vətəndaşlardan saxlanılan 2 tondan artıq məhsul isə qeyd olunan səbəblər əsas götürülərək məhvetmə komissiyası tərəfindən məhv edilib.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












