DİN: "554 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 40 nəfər həbs olunub"
Gündəm
12 Avqust 2021 14:21

Ölkədə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena, karantin rejimlərinin pozulması ilə bağlı nəzarət-profilaktiki tədbirlər diqqət mərkəzində saxlanılır. DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, daxili işlər orqanları tərəfindən koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma faktlarına görə, ötən ilin martından bu günə qədər 1030 cinayət (Maddə 139-1. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) işi üzrə 554 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Həmin işlər üzrə məhkəmələr tərəfindən 40 nəfər barəsində həbs, 54 nəfər barəsində isə polisin nəzarəti altına vermə, 460 nəfər haqda digər qətimkan tədbiri seçilib.
Vətəndaşlara tövsiyə edirik ki, infeksiya şəraitində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına hər bir şəxs ciddi əməl edərək, özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar.
Tətbiq olunan xüsusi karantin rejiminin qayda və tələblərinin mühafizəsində daxili işlər orqanları tərəfindən gücləndirilmiş nəzarət-profilaktiki tədbirləri davam etdirilir.
Oxunub : 1190
DİGƏR XƏBƏRLƏR
17 Mart 2026 18:00
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO
17 Mart 2026 17:48
Nəqliyyat sistemi modernləşdirilir – Tıxacla mübarizədə başqa addımlar da atılmalıdır
17 Mart 2026 14:41
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
17 Mart 2026 14:36
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
17 Mart 2026 13:48
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
17 Mart 2026 00:00
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
16 Mart 2026 21:00
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
16 Mart 2026 20:51
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
16 Mart 2026 19:39
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
16 Mart 2026 19:12
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
16 Mart 2026 18:09
Paytaxtda 20 istiqamətdə tıxac var - SİYAHI
16 Mart 2026 14:41
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
ŞƏRH YAZ










