DİN: "Bakıda sürücülər arasındakı insidentlə bağlı araşdırmalara başlanılıb"
Gündəm
15 Oktyabr 2021 14:46
Oxunub 2700

Daxili İşlər Nazirliyi (DİN) Bakıda avtobus və minik avtomobilinin sürücüləri arasında yaranan insidentə münasibət bildirib. DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yaranan insidentlə bağlı araşdırmalara başlanılıb.
“Yayılan videogörüntülərdən məlumatlıyıq. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. İctimaiyyətə əlavə məlumat veriləcək”, - Mətbuat Xidmətindən bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə paytaxtda fəaliyyət göstərən sərnişin avtobusunun sürücüsü ilə “Toyota” markalı 99-VF-807 dövlət nömrə nişanlı avtomobilin sürücü arasında mübahisə yaşanıb. Tərəflər bir-birinin ünvanına söyüş və ağır təhqirlər səsləndiriblər.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













