DİN Biləsuvarda avtomobilin kanala aşması faktı ilə bağlı məlumat yayıb
Gündəm 30 Noyabr 2020 18:43 Oxunub 268
DİN Biləsuvarda avtomobilin kanala aşması faktı ilə bağlı məlumat yayıb

Biləsuvar rayonunun Çaylı kəndi ərazisində Cəlilabad rayon sakini İbrahim Qəfərzadə idarə etdiyi BMW markalı avtomobili kanala aşırıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən xəbərə görə, qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, iki sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Rayon Polis Şöbəsi  tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh