DİN çimərliklərdə azyaşlıların nəzarətsiz qalması ilə bağlı çağırış edib - VİDEO

Daxili İşlər Nazirliyi çimərlik zonalarında azyaşlıların nəzarətsiz qalması ilə bağlı çağırış edib.
DİN-dən Avtosfer.az-a verilən məlumatda bildirilib ki, hazırda müşahidə olunan qızmar yay günlərində insanların çimərliklərə və istirahət zonalarına kütləvi axını müşahidə olunur: "Bütün bunlar nəzərə alınaraq polis əməkdaşlarının çimərlik və istirahət məkanlarında fasiləsiz xidməti davam etdirilir. Sıxlıq müşahidə edilən ərazilərdə, xüsusilə azyaşlıların təhlükəsizliyini təmin etmək diqqət mərkəzində saxlanılır. Valideynlərə müraciət edərək bildiririk ki, azyaşlılar üzərində ani nəzarətsizlik böyük faciə ilə nəticələnə bilər. Xüsusən, çimərlik zonalarında azyaşlıların nəzarətsiz buraxılması qəti yolverilməzdir. İstirahət zonalarında qarşılaşdığınız xoşagəlməz hallar barədə isə dərhal yaxınlıqda xidmət aparan polis naryadlarına məlumat verə bilərsiniz. Burada əsas məqsəd ictimai asayişi qorumaq və insanların istirahətini təhlükəsiz şəraitdə keçirməsini təmin etməkdir".
Günəşdə güclü partlayış baş verib
Velosiped zolaqları ləğv oluna bilərmi? - AYNA-dan AÇIQLAMA
Generalın oğlunun keçmiş sevgilisi danışdı: "Onun ..." — FOTOLAR
Daxili İşlər Nazirliyi və təhlükəsizlik siyasəti: rəqəmlərin göstərdiyi mənzərə
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq – SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ!
Bu şəxslərə kommunal ödənişlərlə bağlı pul verilir - SİYAHI
Paytaxtın 17 küçəsində tıxac var - SİYAHI
Bank kartlarından oğurluqların qarşısını necə alaq? – İKT eksperti AÇIQLADI
"Tiktok"da canlı yayım açıb onu izləyən şəxsləri söydü – 15 sutka həbs edildi
İlham Əliyev elektron siqaretlərlə bağlı QADAĞANI TƏSDİQLƏDİ
Rəqsanə yenidən həbs ediləcək? - Səidə Bəkirqızı məhkəməyə verir











