DİN-də antinarkotik tədbirlərinin gücləndirilməsi, reabiltasiya mərkəzlərinin fəaliyyəti müzakirə olunub

2025-ci ilin ilk 6 ayı ərzində daxili işlər orqanlarının əməliyyat-xidməti fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniştərkibli kollegiya iclasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələləri və antinarkotik təbliğatı da xüsusi diqqət mərkəzində olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, cəmiyyətin narkotiklərlə mübarizədə polislə həmrəyliyinə toxunan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu sahədə profilaktik və maarifləndirici tədbirlərin davam etdirilməsinin əhəmiyyətini qeyd edib, bütün şəxsi heyətə antinarkotik təbliğatın daha da genişləndirilməsi, gənclərin zərərli vərdişlərdən qorunması və ictimai yanaşmanın formalaşdırılması istiqamətində konkret tapşırıqlar və tövsiyələr verib.
Qeyd olunub ki, narkotiklərlə mübarizə yalnız hüquq-mühafizə orqanlarının deyil, eyni zamanda ictimaiyyətin də birgə səylərini tələb edən mühüm bir məsələdir. Bu kontekstdə vətəndaş cəmiyyəti institutlarının, media nümayəndələrinin və ictimai fəalların bu sahədəki dəstəyi xüsusi önəm daşıyır.
Nazir eyni zamanda narkotiklərlə mübarizəyə dair təşəbbüslərdə aktiv iştirak edən jurnalistlərə, ictimaiyyət nümayəndələrinə və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə təşəkkürünü ifadə edib.
Kollegiya iclasında da diqqətə çatdırılıb ki, aidiyyəti qurumlarla birgə reabilitasiya mərkəzlərinin fəaliyyəti dəstəklənməli, süni maneələr yaradılmamalı, narkotik asılılığından əziyyət çəkən şəxslərin yenidən cəmiyyətə inteqrasiyası istiqamətində səmərəli addımlar atılmalıdır.
Qəzaların sayını azaltmaq üçün bunları etmək lazımdır - VACİB AÇIQLAMA
Avtomobilin üzərinə çıxan piyadanı nə gözləyir? — Bu qədər cəriməsi var - VİDEO
Trampın yeni hədəfi Afrikanın enerji mənbələridir? – Politoloq AÇIQLADI
"Bacı-qardaşlar bilmədən evlənə bilər" – Ekspertdən "hind filmi" xəbərdarlığı
Günəşdə güclü partlayış baş verib
Velosiped zolaqları ləğv oluna bilərmi? - AYNA-dan AÇIQLAMA
Generalın oğlunun keçmiş sevgilisi danışdı: "Onun ..." — FOTOLAR
Daxili İşlər Nazirliyi və təhlükəsizlik siyasəti: rəqəmlərin göstərdiyi mənzərə
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq – SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ!
Bu şəxslərə kommunal ödənişlərlə bağlı pul verilir - SİYAHI
Paytaxtın 17 küçəsində tıxac var - SİYAHI











