DİN-də kollegiya iclası keçirilib - FOTO
Gündəm 18 Yanvar 2021 18:35 Oxunub 818
DİN-də kollegiya iclası keçirilib  - FOTO

Yanvarın 18-də Daxili İşlər Nazirliyində 2020-ci ildə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.

Avtosfer.az xəbər verir ki, ölkədəki epidemik vəziyyətlə əlaqədar kollegiya videokonfrans formatında baş tutub. 

Tədbiri giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov qeyd edib ki, ötən il özünün bütün çətinlik və problemlərinə baxmayaraq, ölkəmiz üçün ən uğurlu illərdən biri oldu. Uzun illər işğal altında qalan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən düşməndən azad edilib, tarixi ədalət bərpa olunub. Bu döyüşlərdə Daxili Qoşunların yüzlərlə hərbi qulluqçusu da iştirak edərək cəsarət və igidlik nümunələri göstərib, onlardan 65 nəfəri şəhid olub, 347 nəfəri yaralanıb.  

Nazirin təklifi ilə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh