DİN-dən açıq havada maska taxmaqla bağlı əhaliyə MÜRACİƏT
Gündəm
21 May 2021 13:52

Azərbaycanda yaxın zamanlarda açıq havada maskadan istifadənin ləğv olunacağı gözlənilir. Bununla bağlı ötən gün TƏBİB-in Departament müdiri Yaqut Qarayeva danışıb. O əlavə edib ki, bununla bağlı qaydalar hazırlanır və yaxın günlərdə elan olunacaq.
Qeyd edək ki, açıq havada maska istifadəsinin ləğvi ilə bağlı rəsmi qərar olmasa da, bəzi vətəndaşlar bunu artıq qadağanın aradan götürülməsi kimi başa düşüb. Nəticədə bu gündən etibarən müxtəlif küçə və prospektlərdə vətəndaşların maskadan istifadə etməməsi halları müşahidə olunub. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən bildirilib ki, bununla bağlı Nazirlər Kabinetinin rəsmi qərarı olmalıdır: "Müvafiq qərar çıxana qədər açıq havada maska ilə bağlı qadağa qüvvədədir. Buna görə heç bir vətəndaş maskadan imtina hallarına yol verməməlidir. Açıq havada və qapalı məkanlarda maskadan istifadə olunmalıdır ki, bu da vətəndaşların sağlamlığının qorunması məqsədi daşıyır".
Oxunub : 5692
DİGƏR XƏBƏRLƏR
19 Mart 2026 00:00
Ramazan ayının iyirmi doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
18 Mart 2026 22:03
Tbilisi prospektində avtobuslar artıq hərəkəti dayandırmayacaq - “cib” zolaqları işə düşdü
18 Mart 2026 20:24
F.S. görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO
18 Mart 2026 20:15
Nəhəng Çin şirkəti yanacaq sərfiyyatını azaldan yeni texnologiya istehsal edib - RƏSMİ
18 Mart 2026 19:03
İranda vəzifəli şəxslərin ölümü dövlətin sisteminə necə təsir edir? – Politoloq AÇIQLADI
18 Mart 2026 18:45
Mən altıncı ildir Novruz bayramını Qarabağda qeyd edirəm - Azərbaycan Prezidenti
18 Mart 2026 18:18
Paytaxtın 26 küçəsində sıxlıq var - SİYAHI
18 Mart 2026 16:18
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR
18 Mart 2026 15:53
Avtomobil nömrəsini “bron” etmək olar?
18 Mart 2026 15:30
Elektrikli avtomobillər Bakıda yanğın riskini artırıb – İki binanın yanmasının səbəbləri üzə çıxdı
18 Mart 2026 15:11
Közərmə lampalarına qadağa qoyuldu; satanlar və ölkəyə gətirənlər cəzalanacaq – AÇIQLAMA
18 Mart 2026 14:48
Şagirdlərin həyatı yalnız hansısa imtahan üzərində qurulur - TƏHSİL EKSPERTİ
ŞƏRH YAZ










