DİN-dən qızını amansızlıqla qətlə yetirən şəxslə bağlı AÇIQLAMA
Gündəm
29 Dekabr 2020 14:34
Oxunub 1018

Salyanda qızını amansızlıqla qətlə yetirən şəxsin evindən tüfəng götürülüb.
Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dünən saat 10:00 radələrində Salyan rayonunun Babazanlı qəsəbəsində yaşayan Məzahir Qurbanovun evində ailə münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə qızı Rəvanəni qətlə yetirməsi, sonradan isə özünü öldürməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Hadisə yerinə baxış zamanı oradan müvafiq sənədləri olan “İJ-52” markalı ov tüfəngi götürülüb.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













