Özünü polis əməkdaşı kimi təqdim etdi, həbs edildi - VİDEO - YENİLƏNİB

Daxili işlər orqanlarından qovulmuş sabiq polis nəfəri ilə bağlı iddialar və görülən tədbirlər açıqlanıb.
Avtosfer.az xəbər verir ki, "qafqazinfo"nun sorğusuna cavab olaraq, DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, səhər də qeyd etdiyim kimi 6 vətəndaşdan daxil olan şikayət əsasında sabiq polis nəfəri Asim Kərimov barəsinə DİN-də cinayət işi başlanılıb. Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
O, orqandan xaric edildikdən sonra vətəndaşlardan hədə-qorxu yolu ilə pul tələb etməkdə şübhəli bilinir.
***
Sosial şəbəkələrdə özünü polis əməkdaşı kimi təqdim etməklə iddialar səsləndirən şəxsin görüntüləri yayılıb.
Avtosfer.az xəbər verir ki, Asim Kərimov adlı şəxsin iddiasına görə, Binəqədi Rayon Polis İdarəsinə yeni təyin olunan rəis İlqar Məmmədov onu məzuniyyətdən geri çağıraraq xidmətdən xaric edib. O deyir ki, tanımadığı şəxslər tərəfindən ona böhtan atılıb.
DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev isə bildirib ki, həmin şəxs polis orqanlarında xidmət edib.
E. Hacıyevin sözlərinə görə, o, xidmət etdiyi dövrdə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında mart ayında ciddi nöqsanlarına görə Binəqədi RPİ rəisinin əmri ilə daxili işlər orqanlarından xaric edilib: "Sonradan Asim Kərimov özünü polis əməkdaşı kimi təqdim etməklə vətəndaşlara qarşı qanunsuz əməllərini davam etdirib.
Qanunsuz əməllərinə görə onun barəsində araşdırma başlanılıb. Buna görə o, barəsində aparılan icraatdan yayınmaq üçün sosial şəbəkələrdə əsassız, həqiqətə uyğun olmayan iddialar səsləndirir".
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu










