DİN-dən vətəndaşlara MÜRACİƏT - Kart məlumatlarınızı heç kimlə bölüşməyin - VİDEO

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bank kartlarının talanması hallarına rast gəlinməkdədir. Son 24 saat ərzində baş verən bu tipli hadisələrin təhlili onu deməyə əsas verir ki, əksər epizodlarda zərərçəkənlər oxşar üsul və vasitələrlə aldadılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin kibertalama cinayətləri ilə bağlı vətəndaşlara müraciətində bildirilib.
"Əvvəlcə mülayim və inandırıcı səslə özünü bank işçisi kimi təqdim edən şəxs tərəfindən zəng olunur. "Sizi öz yalanına inandırandan sonra “bank hesabınıza müdaxilə edildiyini, pulunuzun təhlükə altında olduğunu” bildirir. Kömək etməsi üçünsə kartın üzərində olan 16 rəqəmi istəyir. CVV kodunu söyləyəndən sonra bankınızın sizə göndərdiyi OTP və ya 3D təhlükəsizlik kodunu da qarşınızdakı “bank əməkdaşına” dediyiniz anda iş-işdən keçmiş olur. Atacağınız addım çox sadədir. Kart məlumatlarınızı tanımadığınız və güvənmədiyiniz heç bir şəxslə bölüşməyin.
Unutmayın, bank kartınızın təhlükəsizliyi öz əlinizdədir!",- deyə müraciətdə qeyd olunub.
Tbilisi prospektində avtobuslar artıq hərəkəti dayandırmayacaq - “cib” zolaqları işə düşdü
F.S. görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO
Nəhəng Çin şirkəti yanacaq sərfiyyatını azaldan yeni texnologiya istehsal edib - RƏSMİ
İranda vəzifəli şəxslərin ölümü dövlətin sisteminə necə təsir edir? – Politoloq AÇIQLADI
Mən altıncı ildir Novruz bayramını Qarabağda qeyd edirəm - Azərbaycan Prezidenti
Paytaxtın 26 küçəsində sıxlıq var - SİYAHI
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR
Avtomobil nömrəsini “bron” etmək olar?
Elektrikli avtomobillər Bakıda yanğın riskini artırıb – İki binanın yanmasının səbəbləri üzə çıxdı
Közərmə lampalarına qadağa qoyuldu; satanlar və ölkəyə gətirənlər cəzalanacaq – AÇIQLAMA










