DİN-dən xəbərdarlıq: "Sərnişinləri yüksək səslə çağıranlara qarşı tədbirlər görüləcək" - FOTO

"Sərnişinləri yüksək səslə çağıranlara qarşı tədbirlər görüləcək". Bunu Avtosfer.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev deyib. O bildirib ki, paytaxt ərazisində sərnişinlərin, piyadaların, həmçinin avtomobillərin maneəsiz hərəkətini təmin etmək məqsədilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir: "Növbəti bu kimi tədbir Binəqədi rayonu ərazisi, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ətrafında baş tutub. Rayonlararası sərnişin daşıma ilə məşğul olan taksi sürücüləri avtomobillərini yolun hərəkət hissəsində saxlayaraq, digər nəqliyyat vasitələrinin hərəkətinə maneə törədirdi. Tərəfimizdən keçirilən nəzarət tədbirləri nəticəsində bu kimi neqativ halların qarşısı alınıb. Sözügedən ərazidə 24 saat polis əməkdaşları xidmət göstərir".
"Yalnız Binəqədi rayon ərazisi deyil, paytaxtın digər ərazilərində də sərnişin daşıma ilə məşğul olan sürücülər bu cür neqativ hallara yol verməməli, yolun hərəkət hissəsində avtomobillərini park etməməlidirlər. Yüksək səslə sərnişinləri cağırmaqla digər şəxslərə mane törədirlər. Bu cür neqativ halların qarşısını almaq üçün tərəfimizdən lazımi tədbirlər görüləcək", - o vurğulayıb.
Qeyd edək ki, paytaxt ərazisində taksi fəaliyyəti ilə məşğul olan avtomobillər üçün xüsusi yerlər ayrılıb.


Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - Yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI










