Banner

"İctimai nəqliyyatda COVID pasportu ilə bağlı hansısa qadağa və məhdudiyyət yoxdur" - FOTO

Gündəm 1 Sentyabr 2021 15:48 Oxunub 2334
"İctimai nəqliyyatda COVID pasportu ilə bağlı hansısa qadağa və məhdudiyyət yoxdur"  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sosial şəbəkələrdə Şəki şəhərində "COVID-19 pasportsuz avtobusa minmək qadağandır” xəbərdalıqları vurulan ictimai nəqliyyat vasitələrinin görüntüləri yayılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, ictimai nəqliyyatda COVID-19 pasportu ilə bağlı hansısa qadağa və məhdudiyyət yoxdur, sərnişinlərdən yalnız tibbi maska tələbi var.

"Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərlə tibbi maskadan istifadə etməyən, müəyyən olunan norma və qaydalara əməl etməyən şəxslərin profilaktikası diqqət mərkəzində saxlanılır. Şəki şəhərində fəaliyyət göstərən ictimai nəqliyyatda COVID-19 pasportu olmayan şəxslərlə bağlı heç bir tədbir keçirilməyib", - E.Hacıyev qeyd edib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh