DİN-in İdman Cəmiyyətinin bir qrup üzvü mükafatlandırılıb - FOTO

Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində 2025-ci ilin idman nəticələrinə görə Avrasiya Kombat Ciu-Citsu Federasiyası tərəfindən mükafatlandırma mərasimi keçirilib.
Avtosfer.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Rəsul Məmmədov Prezident İlham Əliyevin idmana göstərdiyi diqqəti xalqına olan sevgi və gənclərin gələcəyi üçün qayğı nümunəsi kimi qeyd edib. Qurum rəsmisi, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi və Şanlı Ordumuzun qəhrəmanlığı nəticəsində əldə edilən Qarabağ Zəfərinin əhəmiyyətindən danışaraq, onun müasir dövlətçilik tarixində müstəsna təsirini vurğulayıb. O, qələbənin ölkədə gənclərin vətənpərvər ruhda böyüməsində dövlətin həyata keçirdiyi məqsədyönlü siyasətin sayəsində əldə edildiyini diqqətə çatdırıb. Daha sonra tədbir iştirakçılarının bir qrupuna federasiyanın fəxri plaketləri təqdim edilib.
Mükafat alanlar sırasında Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin sədri Mövlud Mirəliyev, qurumun təlim-idman şöbəsinin rəisi Eduard Məmmədov, Gənclər və İdman Nazirliyinin vətənpərvərlik tərbiyəsi sektorunun müdiri Elşən Hüseynov, nazirliyin baş məsləhətçisi Coşqun Hidayətov, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin yetirməsi İlahə Vəliyeva, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin məşqçi-müəllimi Eldar Məmmədov, Gəncə Şəhər Baş Polis İdarəsinin təlimçi-metodisti Ramin Yusifov və “Biləcəri” idman klubunun məşqçisi Rəis Orucov olub.
Ramazan ayının iyirminci gününün duası - İmsak və iftar vaxtı
Prezident İlham Əliyev Türkiyəyə raket hücumunu qınadı
"Türkiyəyə raket hücumunu qətiyyətlə pisləyirik" - Azərbaycan MN
Sovet Azərbaycanında 8 Mart təbliğatı - FOTOLAR
Ramazan ayının on doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Taksi sürücüləri çətin hava şəraitində qiymətləri qaldıra bilməyəcəklər – Nazirlik qadağan etdi
Hökumətdən nüvə təhlükəsi ilə bağlı addım – QƏRAR İMZALANDI
İranın məşhur generalı İsrailə qaçdı
BƏƏ ilk dəfə İrana zərbə endirib
Fransızları qabaqlayan azərbaycanlı qadın - FOTOLAR










