Banner

DİN-in qarşısında özünü yandırdı - Rəsmi açıqlama

Gündəm 26 Aprel 2022 17:00 Oxunub 2268
DİN-in qarşısında özünü yandırdı - Rəsmi açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün saat 15 radələrində Daxili İşlər Nazirliyinin qarşısında orta yaşlı şəxs özünü yandırıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin şəxs üzərinə yandırıcı maye tökərək özünə od vurub. Ətrafdakı şəxslərin köməkliyi ilə alov söndürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti faktı saytımıza təsdiqləyib. Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, həmin şəxsi polis əməkdaşları söndürərək xəstəxanaya çatdırıblar: “Həmin şəxsin evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb. O da buna etiraz əlaməti olaraq nazirliyin qarşısına gələrək intihara cəhd edib. Baş vermiş hadisə Daxili İşlər Nazirliyinin fəaliyyəti ilə əlaqədar deyil”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh