Banner

DİN Masallıda ölümlə nəticələnən qəza ilə bağlı məlumat yayıb

Gündəm 2 İyun 2020 12:49 Oxunub 2172
DİN Masallıda ölümlə nəticələnən qəza ilə bağlı məlumat yayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Masallı RPŞ tərəfindən araşdırma aparılır

Daxili İşlər Nazirliyi (DİN) Masallıda baş verən qəza ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, iyunun 2-də saat 2 radələrində Masallı rayonunun Qəriblər kəndi ərazisində Yardımlı rayon sakini Müşfiq Kərimov idarə etdiyi “Niva” markalı avtomobili körpüdən aşırıb.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Masallı RPŞ tərəfindən araşdırma aparılır.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh