DİN: Peşəkar kadr potensialının formalaşdırılması strateji prioritetlərdəndir

Daxili İşlər Nazirliyində (DİN) bu ilin altı ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında Polis Akademiyasına və Hərbi İnstituta gənclərin təşviqi məsələləri də müzakirə edilib.
Nazirliyin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Kollegiya iclasında hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, cəmiyyətin təhlükəsizlik tələblərinə cavab verən kadr potensialının formalaşdırılmasının DİN-in strateji prioritetlərindən olduğu vurğulanıb. Müasir dövrün çağırışlarına cavab verən, qabaqcıl texnologiyaları və süni intellekt imkanlarını əməliyyat-xidməti fəaliyyətə inteqrasiya edə bilən, eyni zamanda, hüququn aliliyinə sadiq, vətənpərvər və mənəvi cəhətdən formalaşmış polis əməkdaşlarının hazırlanması diqqətdə saxlanılır.
Bu baxımdan, daxili işlər orqanlarında xidmət etmək istəyən gənclərin peşəyə düzgün istiqamətləndirilməsi, onların Polis Akademiyasına və Daxili Qoşunların Hərbi İnstitutuna qəbulunun təşviqi xüsusi əhəmiyyət daşıyır.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bildirib ki, bu sahədə həyata keçirilən tədbirlər yalnız kadr çatışmazlığının aradan qaldırılması deyil, eyni zamanda, yüksək mənəvi-psixoloji keyfiyyətlərə malik, intizamlı və vətənpərvər gənclərin daxili işlər orqanlarında xidmətə cəlb olunmasına yönəlib.
Qeyd olunub ki, Polis Akademiyası və Hərbi İnstitut bu gün yalnız hüquq-mühafizə sahəsi üzrə deyil, ümumilikdə dövlətçilik ideallarına sadiq, ictimai maraqlara cavab verən kadrların yetişdirilməsi baxımından strateji əhəmiyyət daşıyan xüsusi təyinatlı təhsil ocaqlarıdır.
Həmin məqsədlə Polis Akademiyası və Hərbi İnstitut çərçivəsində kadr hazırlığı prosesi təkcə hüquq bilikləri ilə məhdudlaşmır. Tədris proqramları qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılır, innovativ yanaşmalar tətbiq olunur, gənclər süni intellekt, informasiya texnologiyaları, kibertəhlükəsizlik, hüquq və psixologiya kimi sahələrdə geniş bilik və bacarıqlarla təmin edilirlər.
Qəzaların sayını azaltmaq üçün bunları etmək lazımdır - VACİB AÇIQLAMA
Avtomobilin üzərinə çıxan piyadanı nə gözləyir? — Bu qədər cəriməsi var - VİDEO
Trampın yeni hədəfi Afrikanın enerji mənbələridir? – Politoloq AÇIQLADI
"Bacı-qardaşlar bilmədən evlənə bilər" – Ekspertdən "hind filmi" xəbərdarlığı
Günəşdə güclü partlayış baş verib
Velosiped zolaqları ləğv oluna bilərmi? - AYNA-dan AÇIQLAMA
Generalın oğlunun keçmiş sevgilisi danışdı: "Onun ..." — FOTOLAR
Daxili İşlər Nazirliyi və təhlükəsizlik siyasəti: rəqəmlərin göstərdiyi mənzərə
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq – SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ!
Bu şəxslərə kommunal ödənişlərlə bağlı pul verilir - SİYAHI
Paytaxtın 17 küçəsində tıxac var - SİYAHI











