DİN: "Polis bayramda gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək"

"Polis və Daxili Qoşunların hərbi qulluqçuları Novruz bayramında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək".
Bunu Avtosfer.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov bildirib.
O qeyd edib ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb:
"Əmrə əsasən, polis və Daxili Qoşunların hərbi qulluqçuları Novruz bayramı günlərində gücləndirilmiş iş rejimindəki xidmətini davam etdirəcək. Bildiyiniz kimi, polis və Daxili Qoşunların hərbi qulluqçuları pandemiya ilə əlaqədar olaraq, gücləndirilmiş iş rejimində xidmət aparır. Bayram günlərində də gücləndirilmiş iş rejimi davam etdiriləcək. Vətəndaşlarımız bayramını yüksək səviyyədə qeyd etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri gücləndiriləcək. Eyni zamanda, insanların sıx toplaşdığı yerlərdə də nəzarət gücləndiriləcək və nümunəvi xidmət təmin olunacaq".
Valideyni onu döydüyünə görə 200 manat cərimələnməsi uşağa necə təsir edəcək? – EKSPERT RƏYİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI
Paşinyan Rusiyanın yardımından imtima edib - Politoloq səbəbləri AÇIQLADI
Oğuzda qaçırılan küçə itlərinin aqibəti bilinmir - VİDEO
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı










