DİN: "Qarabağa səfər üçün kiməsə üstünlük hüququ yoxdur"

"Qarabağa səfər üçün bilet almış şəxsin icazəsi elə həmin tarixdən başlayır. Bu ərazilərə səfərlər zamanı üstünlük hüququ olan insanlar yoxdur. Hamıya bərabər şərait yaradılıb".
Avtosfer.az xəbər verir ki, bunu işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə çıxış edən Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik idarəsinin rəis müavini Eldəniz Məmmədov deyib.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov isə bildirib ki, hazırda hər kəs işğaldan azad edilmiş ərazilərə səfər etmək istəyir, amma avtobusların sayı buna imkan vermir: "Bu səbəbdən də hər bir şəxsin ildə bir dəfə səfər etməsi şərt kimi qoyulub. Prosesin gedişində avtobusların sayı artırıla bilər. Həmçinin tələb irəli sürülüb ki, insanlar gediş-dönüş biletini eyni anda alsınlar. Çünki ərazidə minalanmış yerlər ola bilər və əgər kimsə başqa yerlərə getmək istəsə bu fəsadlara gətirə bilər. Bu səbəbdən də belə şərt qoyulub”.
“Bu səfərlər yalnız ölkə vətəndaşlarına aiddir. Gələcəkdə lazım gələrsə xarici vətəndaşlar üçün turizm səfərləri təşkil olunacaq”, - o əlavə edib.
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - Yeni ünvanlar HARA OLACAQ?










