DİN: Qarabağın erməni əsilli hər bir sakini Azərbaycanın himayəsindədir - VİDEO

“Qarabağda mülki əhaliyə qarşı hər hansı xoşagəlməz halların və digər hüquqazidd halların baş verməməsi üçün bütün lazımi tədbirlər görülür, onların sağlamlığı nəzarətdə saxlanılır”.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, hazırkı vəziyyətə görə ərazidən çıxarılmış Daxili İşlər Nazirliyinə, eləcə də Müdafiə Nazirliyinə müraciət edən erməniəsilli vətəndaşlarımız müvafiq düşərgələrdə yerləşdirilir, onların qida və tibbi ehtiyacı təmin edilir: “Çünki onların hər biri Azərbaycan Respublikasının erməniəsilli vətəndaşlarıdır.
Ümumiyyətlə ərazidə mülki əhalinin mühafizəsi Azərbaycan dövləti tərəfindən diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Bundan başqa, əlavə qüvvələr cəlb edilərək erməni silahlılarından qalan və təhlükə yaradan obyektlər müəyyənləşdirilir və yoxlanılır”.
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır - Sürücülərin diqqətinə!
Bu yollarda tıxac var - SİYAHI
Paytaxtın strateji yolunda ciddi TƏHLÜKƏ










