DİN rəis müavininin vətəndaşı döyməsi iddiasına münasibət bildirdi

Daxili İşlər Nazirliyi (DİN) Balakən rayon sakininin Rayon Polis Şöbəsinin rəis müavini tərəfindən döyülməsi iddialarına münasibət bildirib.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, Balakən rayon sakininin iddiaları əsassızdır:
"Aparılan araşdırmalara müəyyən olunub ki, Asif Paradov polis tərəfindən tibbi maskadan istifadə etmədiyi üçün inzibati məsuliyyətə cəlb olunaraq barəsində qanunvericiliyə uyğun olaraq, protokol tərtib olunub. Bununla razılaşmayan vətəndaş tərtib olunan protokolun ləğv olunmayacağı təqdirdə polis əməkdaşlarına şər atacağını, barələrində sosial şəbəkələrdə məlumatlar yayacağını bildirib. Qeyd olunan hallarla bağlı rayon prokurorluğuna da şikayət edən vətəndaşın iddiları araşdırmalarla təsdiqini tapmayıb".
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub










