DİN Saatlıda növbəti reyd keçirdi - FOTO

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarına əməl olunması ilə bağlı nəzarət-profilaktik tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, COVID pasportlarının yoxlanılması, eləcə də karantin rejimindən irəli gələn digər qayda və tələblərin təmin olunması ilə bağlı şöbə əməkdaşları tərəfindən rayon ərazisində yerləşən iri ticarət mərkəzlərində monitorinqlər keçirilib, sahibkarlarla və sakinlərlə maarifləndirici söhbətlər aparılıb. Vətəndaşlara sosial məsafənin gözlənilməsinin və tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi barədə geniş məlumatlar verilərək, keçirilən bu cür tədbirlərin məqsədinin əhali arasında sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılması olduğu çatdırılıb.
Tədbirlər zamanı qayda pozuntusuna yol vermiş şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
Paytaxtda 20 istiqamətdə tıxac var - SİYAHI
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək - FOTOLAR
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO













