DİN və DTX əməliyyat keçirdi: Saxlanılanlar var - FOTO

Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan, xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb olunmuş şəxslərdən 17 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Qabil Əzizli və Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Məmmədov Fərzili kəndi ərazisində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Keçirilən baxış zamanı onlardan ayrı-ayrı bağlamalarda ümumi çəkisi 16 kiloqrama yaxın narkotik vasitə heroin və 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər sözügedən narkotik vasitələri xarici ölkələrdən birində yaşayan narkotacir vasitəsilə əldə ediblər və paytaxt ərazisində onun dediyi yerlərə çatdırmaqla satışını təşkil etməli imişlər.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - Yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI










