Banner

DİN yanında İctimai Şura üzvü polisin taksi sürücülərinə qarşı ƏMƏLİYYATINDAN DANIŞDI

Gündəm 22 Noyabr 2022 20:30 Oxunub 2060
DİN yanında İctimai Şura üzvü polisin taksi sürücülərinə qarşı ƏMƏLİYYATINDAN DANIŞDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son zamanlar paytaxt ərazisində taksi fəaliyyətinin keyfiyyəti ilə bağlı ciddi narazılıqlar müşahidə edirik. Bu narazılıqların bir qismi taksi sürücülərinin sərnişinlərə qeyri-etik davranışları ilə bağlıdır. Paytaxt polisi tərəfindən bəzi sürücülərin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları barədə çoxsaylı faktlar qeydə alınır. Onlar arasında xanım sərnişinlərə əxlaqsız təkliflər edənlər də, onlara sataşanlar da, söyənlər də var.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatına görə, paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində noyabr ayı ərzində müxtəlif taksi şirkətlərinin sürücüləri tərəfindən 29 taksi sürücüsüsünün qadın sərnişinlərə qarşı qeyri-etik təkliflər etdiyi müəyyən edilib.

Bu faktlar nədən qaynaqlanır, qarşısını necə almaq olar?

Mövzu ilə bağlı Avtosfer.az-a danışan DİN yanında İctimai Şuranın üzvü, ekspert Elməddin Muradlı son vaxtlar bu qəbildən olan şikayətlərin artmasından narahatlıq bildirib və qeyd edib ki, Daxili İşlər Nazirliyi bu problemlə mübarizə məqsədilə ciddi tədbirlər həyata keçirir: “Həmçinin vətəndaşlar da qarşılaşdıqları bu faktlarla bağlı polisə məlumat verir. Polisə daha ətraflı, dəqiq məlumat verilməlidir ki, belə insanlar cəmiyyətdən təcrid olunsun, bu xidmətdən uzaqlaşdırılsın”.

Polisin bu məsələyə operativ yanaşmasına görə DİN rəhbərliyinə təşəkkür edən ekspert vurğulayıb ki, hər kəsi narahat edən bu məsələyə həm cəmiyyətin, həm də polisin yanaşması tamamilə doğrudur.

Ekspertin qənaətincə, taksi fəlaiyyətində belə neqativ faktlar qeydə alınırsa, bu o deməkdir ki, taksi fəaliyyətinin ciddi şəkildə tənzimlənməsinə ehtiyac var: “Belə pedofillər, manyaklar taksi xidmətində işləməməlidir. Biz deyəndə ki, hər kəs bu xidmətdə işləməməlidir, bəzi ağzıgöyçəklər qarşı çıxır, “necə dolansınlar, harda işləsinlər” deyə irad bildirirlər. Həmin şəxslərdən soruşuram ki, belə fəaliyyət necədir, xoşunuza gəlir? Ailənizə, yaxınlarınıza sataşırlar. Bu, ürəyinizcədir?”.

Bütün bunları əsas götürən E.Muradlı hesab edir ki, bu sahədə ciddi qayda-qanun yaratmaq lazımdır ki, belə üzdəniraq insanlar taksi xidmətində olmasın.

 

Könül

ŞƏRH YAZ
Ad

E-mail

Şərh