DİN yanında İctimai Şuranın növbədənkənar iclas keçirilib - FOTO

DİN yanında İctimai Şuranın növbədənkənar iclas keçirilib. Avtosfer.az xəbər verir ki, iclasda 3 nəfər onlayn olmaqla, bütün üzvlər iştirak ediblər.
İclasın gündəliyinə “DİN yanında İctimai Şuranın Etik Davranış Kodeksi”nin tələblərinə əməl edilməsi ilə bağlı vəziyyət və İctimai Şura ilə DİN qurumları arasında əməkdaşlığın gücləndirilməsi mexanizmlərinin yaradılması məsələləri daxil edilib.
İclası İctimai Şuranın sədri Əliməmməd Nuriyev açaraq, gündəlikdəki məsələlər haqqında Şura üzvlərini məlumatlandırıb. Sonra ayrı-ayrı məsələlərlə bağlı Şura üzvləri çıxış ediblər. Şura üzvləri hər biri ayrı-ayrılıqda gündəlikdə duran məsələlərin aktuallığını qeyd edib. İctimai Şura üzvləri bildiriblər ki, “DİN yanında İctimai Şuranın Etik Davranış Kodeksi”nə əməl etmək hər bir İŞ üzvlərinin borcudur. Bu tələblərə əməl edilməməsi İŞ-in nüfuzuna xələl gətirir və ona ictimai etimadı aşağı salır.
Daha sonra DİN yanında İctimai Şuranın səs çoxluğu ilə qəbul edilən qərarına əsasən "Əsgər Ailələrinə Dəstək" İB-nin sədri Mətanət Cəfərovanın İctimai Şuradakı fəaliyyətinə DİN yanında İctimai Şuranın Etik Davranış Kodeksi”nin tələblərinə əməl etməməsinə görə xitam verilib.
Bu ərazidə yolun bir hissəsi qazılıb, nişan yerinə isə daş qoyulub - VİDEO
“Epşteyn sənədləri”ndə Elmar Məmmədyarovun da adı var - DETALLAR
Əhali arasında yayılan respirator virus nədir? - İnfeksionistdən AÇIQLAMA
Avtobuslarda gedişhaqqı ucuzlaşa bilərmi? - SƏBƏB
Bakıda tramvay nəqliyyatının bərpası şəhərdə tıxacın qarşısını ala bilər? - ARAŞDIRMA
"Atılan bütün addımlar tıxacın aradan qaldırılması məqsədi daşıyır" - AÇIQLAMA
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO
Hər gün yanından keçirik, amma görmürük — Uşaqları belə "zəhərləyirlər"
509 saylı marşrut avtobusu ilə bağlı narazılıq: Yolun yarısından qayıdırmış
Baş nazir post usual altında olan Stramer Çinə niyə getdi? – Politoloq səbəbləri AÇIQLADI - FOTO
Siqaret çəkənləri hansı cərimələr gözləyir? - MƏBLƏĞLƏR











