Nəsimi rayonu, Puşkin küçəsində asfalt örtüyü kələ-kötür vəziyyətdədir. Küçədə yol qabarması baş verib. Bu isə istər nəqliyyat vasitələrinin hərəkətində, istərsə də sərnişinlər üçün çətin və diskomfort vəziyyət yaradır. Sürücülər deyirlər ki, payızda asfalt örtük təzələnsə də, hər yay yenidən eyni vəziyyət yaranır.
Sakinlər isə deyirlər ki, yolun kələ-kötür olması nəinki şərnişinlərdə diskomfort yaradır, həm də piyadalar üçün də təhlükəlidir.
Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, asfalt örtükdə zaman-zaman belə hallar yarana bilir, örtükdə hansısa bir dağılma yoxdur, müəyyən qabarmalar var. Ərazi yaxın müddətdə təmir olunacaq.