Diaspor lideri Məmmədovun sürücüsünü şəxsən güllələyibmiş

Moskvada “Şeş-Beş” restoranlar şəbəkəsinin sahibi, azərbaycanlı biznesmen Qeys Məmmədovun sürücüsünün qətli işi üzrə sensasion detallar üzə çıxıb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, Məmmədovun sürücüsünü öldürüb yataq kisəsinə qoyan və Moskva çayına tullayanlar Rusiya paytaxtındakı osetin icmasının lideri, habelə onun Moskva Beynəlxalq Münasibətlər İnstitutunda oxuyan oğullarıdır. Üstəlik məlum olub ki, icma lideri sürücünü şəxsən güllələyib. Bu səs-küylü cinayət hadisəsi bir neçə gün əvvəl baş verib. İyulun 9-da Moskva çayında yataq dəstinə bükülmüş cəsəd aşkarlanıb. Hüquq-mühafizə orqanları daha sonra müəyyən ediblər ki, öldürülən şəxs “Şeş-Beş” restoranlar şəbəkəsinin sahibinin sürücüsüdür. İstintaq tədbirləri nəticəsində müəyyən olunub ki, bu qətli törədənlər Moskvadakı osetin icmasının lideri Valeri Kabolov və onun 24 yaşlı oğlu İnaldır. Əvvvəlcə belə versiya irəli sürülüb ki, onlar Qeys Məmmədovun sürücüsünün qətli üçün killer tutublar. Daha sonr KİV-lər yazıblar ki, sürücünü Kabolovun 20 yaşlı digər oğlu Vladimir güllələyib. Qətlin səbəbi biznesin və Moskvada daşınmaz əmlakın bölüşdürülməsi uğrunda osetinlər və azərbaycanlılar arasında gedən münaqişədir. Lakin bu gün life.ru hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verib ki, restoranlar kralı Məmmədovun sürücüsünü şəxsən Valeri Kabolov güllələyib. Kabolov qətli törətdikdən sonra oğlanlarına əmr edib ki, cəsədi aparıb atsınlar. Anzor A.Adlı sürücü Məmmədovun yaxın dostu olub və onun biznesinin idarə edilməsində mühüm rola malik idi. Bildirilir ki, Kabolov onu Kutuzovsk prospektindəki mənzilə söhbət adı altında çağırıb və orada qətlə yetirib. Bundan sonra Kabolov MQİMO-da oxuyan oğlanlarına əmr edib ki, cəsədi atsınlar. Cəsədin ayağına qantel bağlayıblar və çaya atıblar. Bu səs-küylü qətl üzrə istintaq davam edir.
“Şeş-Beş” restoranlar şəbəkəsinin sahibi Məmmədov Qeys Xalid oğlu Gürcüstan əsillidir, Rusiyada tanınmış iri biznesmendir. Onun Rusiyanın bir çox şəhələrində eyni adda restoranları var.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










