"Digital Bridge" vasitəsilə 2 milyarddan artıq əməliyyat həyata keçirilib - İRİA

"Digital Bridge" rəqəmsal məlumat mübadiləsi sistemi vasitəsilə həyata keçirilən əməliyyatların sayı 2 milyarddan artıq olub.
Avtosfer.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov qurumun ötənilki fəaliyyətinin nəticələrinə dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu əməliyyatların 1 milyarddan çox hissəsi məhz 2025-ci ilin payına düşür: "Ötən dövrdə 10 yeni qurum, 27 informasiya sistemi rəqəmsal məlumat mübadiləsi sisteminə inteqrasiya edilib. Bu, ümumilikdə 500-dən artıq müvafiq elektron xidmətin rəqəmsal məlumat mübadiləsi sistemi ilə inteqrasiyası deməkdir".
O bildirib ki, rəqəmsal sənəd dövriyyəsi sistemi vasitəsilə biznes subyektlərinin də inteqrasiyasına başlanılıb: "Ötən dövrdə artıq 17 universitet və təhsil ocağı, eləcə də 16 biznes subyekti rəqəmsal sənəd dövriyyəsinə inteqrasiya edilərək dövlət qurumlarının yazışmaları tamamilə kağızsız formata keçirilib. Eyni dövrlərdə rəqəmsal sənəd dövriyyəsinə 1 300-dən artıq qurum inteqrasiya edilib. Bu, 31 milyondan çox vərəqə və ümumilikdə 5 700 ağaca qənaət edilməsi anlamına gəlir. Bu texnologiya məhz yaşıl cəmiyyətin qorunması istiqamətində aparılan uğurlu layihələrdən biri olmaqdadır".
Hindistanlı nazirə görə Özbəkistanın XİN başçısı da Bakıya gəldi - POLİTOLOQ
Süni intellektin biznesə zərəri xeyrindən çoxmuş
Deputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun FOTOLARI - VİDEO
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
Xətaidə cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA












