DİM mübahisəli sualla bağlı açıqlama yaydı - FOTO

Dövlət İmtahan Mərkəzi (DİM) ötən gün baş tutan buraxılış imtahanında riyaziyyat fənni üzrə müzakirələr yaradan suala münasibət bildirib.
Avtosfer.az xəbər verir ki, bu barədə DİM sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, ümumi təhsil səviyyəsi üzrə 5 aprel 2026-cı ildə keçirilən buraxılış imtahanında trapesiya mövzusuna aid təqdim olunan tapşırığın əsas məqsədi şagirdlərin iti bucağın tənböləni nəticəsində yaranan daxili çarpaz bucaqların bərabərliyini müəyyən etməsi və bu əsasda yaranan üçbucaqların oxşarlığından istifadə edərək tərəflər arasında nisbətləri tapmaq bacarığını yoxlamaqdır:
“Tapşırıqda verilmiş ədədlər hər hansı bir üçbucağın tərəfləri kimi deyil, oxşarlıq nisbətlərinin qurulması üçün istifadə edilir. Bu ədədlərin seçilməsi həndəsi fiqurun mövcud olmasına deyil, ilk növbədə hesablamaların sadə və əlçatan aparılmasına xidmət edir. Başqa sözlə, bu tapşırıqda yoxlanılan bacarıq konkret bir üçbucağın mövcudluğunu üçbucaq bərabərsizliyi ilə təhlil etmək deyil, verilmiş həndəsi münasibətlərdən düzgün nəticə çıxarmaqdır. Buna görə də üçbucaq bərabərsizliyi ilə bağlı yanaşma tapşırığın həll prosesini və ardıcıllığını dəyişmir, eyni zamanda düzgün cavabın əldə olunmasına da heç bir maneə yaratmır.
Bildiririk ki, bu tip açıq tapşırıqlar xüsusi qiymətləndirmə meyarları əsasında yoxlanılır və yalnız tam doğru cavabı müəyyən edən şagirdlər deyil, həmçinin həll prosesində düzgün aralıq nəticələr əldə edən və ya həll mərhələlərindən birini doğru yerinə yetirən şagirdlər də qiymətləndirmədə nəzərə alınır”.
Qeyd edək ki, imtahan iştirakçıları və bəzi müəllimlər test tapşırığının düzgün olmadığını deyib. Onlar bildirib ki, uçbucaq bərabərsizliyinə görə, iki tərəfin cəmi üçüncü tərəfdən böyük olmalıdır.

Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT
Orta Dəhlizin regional inkişafı Azərbaycan üçün nə vəd edir? - POLİTOLOQ
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT










