DİN boksçunun gecə klubunda qadını döydüyünü təsdiqlədi - FOTO

Bir neçə gündür mediada boks üzrə dünya çempionu Elvin Məmişzadənin gecə klublarından birində bir xanımı döyməsi barədə məlumatlar yayılıb. İdmançının özü də xəbəri təsdiqləyib və bildirib ki, xanımla mübahisəsi olub, lakin onu döyməyib. Bəs əslində, nə baş verib? Avtosfer.az xəbər verir ki, bununla bağlı virtualaz.org-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib: “Təəssüf ki, belə bir fakt qeydə alınıb. Belə ki, Z.Orucova soyadlı gənc qadın Səbail RPİ-nin 39-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək iyulun 16-da saat 4.00 radələrində gecə klublarından birində olarkən tanışı Elvin Məmişzadənin onu başından vurması nəticəsində burun nahiyəsindən xəsarət aldığını bildirib”.
Mənbə əlavə edib ki, vətəndaşın rəsmi müraciəti əsasında toplanmış material üzrə Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi qaldırılaraq icraata verilib. Əlavə olunur ki, hazırda zəruri istintaq tədbirləri aparılır. O ki qaldı Elvin Məmişzadənin həbs edilib-edilməməsinə dair məsələyə, Mətbuat Xidmətindən verilən məlumata görə, bu, işin hallarından asılıdır. Yəni istintaqın gedişində zərurət yaranacağı halda bu məsələ üzrə də qanuni qərar qəbul ediləcək.
Elvinin onu döydüyünü iddia edən Züleyxa Orucovanın fotosu Yeniçağ.az-a məxsusdur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












