DİN cəbhəboyu kəndlərdə vətəndaşlara şəxsiyyət vəsiqəsi verdi

Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlılıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir. Avtosfer.az-a DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, bu işin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti belə tədbir Tərtər Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsi tərəfindən keçirilib.
Tərtər rayonunun 33 kəndi olmaqla 14 cəbhəboyu kəndində göstərilən səyyar xidmət zamanı 1486 vətəndaşa şəxsiyyət vəsiqəsi verilib. Onlardan 534-ü 16 yaşına çatmayanlara, 952-si isə 16 yaşdan yuxarı yaş həddinə görə şəxsiyyət vəsiqəsini dəyişənlərə verilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












