DİN-də 300-dən çox “qanuni oğru” qeydiyyatdadır

Gürcüstan Daxili İşlər Nazirliyində gürcü əsilli 325 “qanuni oğru” qeydiyyatdadır. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Gürcüstan daxili işlər nazirinin müavini Şalva Xutsişvili məlumat verib. O bildirib ki, həmin “qanuni oğru”ların əksəriyyəti postsovet məkanında və Avropa İttifaqı ölkələrində yaşayır, çox az hissəsi isə Gürcüstanda həbsxanalardadır. Nazir müavini parlamentin xarici əlaqələr və Avropaya inteqrasiya komitəsinə apreldə təsdiq olunmuş “Gürcüstanla Avropanın Polis xidməti arasında operativ və strateji əməkdaşlığa dair” sənədi təqdim edib. O bildirib ki, əgər hər hansı Avropa ölkəsində qanunsuz gəlir əldə etmə və ya digər ölkədə çirkli pulların yuyulması ilə bağlı məlumat daxil olursa, bu razılaşma mənzərəni tam görməyə imkan verəcək və ayrı-ayrı ölkələrlə işləməyə ehtiyac qalmayacaq.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












