DİN-dən inəyə işgəncə verilməsi məsələsinə RƏSMİ CAVAB

Avqustun 8-də Xəzər televiziyasının “Xəzər-xəbər” proqramında “İmişlidə inəyə ekskavatorla işgəncə verdilər” adlı videosüjetdə bir qrup şəxsin inəyi buynuzundan ekskavatorun çömçəsinə bağlayaraq su kanalına salmaları, heyvana əzab verərək onu suda o tərəf-bu tərəfə fırlatmalarını əks etdirən videogörüntü yayımlanıb. Videosüjetlə əlaqədar İmişli Rayon Polis Şöbəsində araşdırma aparılıb. Müəyyən edilib ki, həqiqətən də belə bir hadisə iyun ayının axırlarında rayonun Çahar kəndində baş verib. Həmin vaxt orada olan Çahar kənd sakini Atamoğlan Nuriyev və Gövhərli kənd sakini Fərman Əzimov Rayon Polis Şöbəsinə dəvət edilərək izahatları alınıb. Müəyyən edilib ki, həmin vaxt rayonun Çahar kənd sakini Atamoğlan Nuriyevə məxsus inək çirkab suların dolduğu kanala düşüb. Sahibi pis qoxu gəldiyi üçün su ilə yusa belə onun kirinin getməyəcəyini və balası olan heyvanı bu vəziyyətdə evə aparmağın mümkün olmadığını görüb, traktoru olan yaxın qohumu Fərman Əzimovdan inəyi yaxınlıqdakı göldə yumaq üçün kömək istəyib.
Onlar inəyi “T-28” markalı traktorun qovuşuna bağlayaraq heç bir zərər və xəsarət yetirmədən göldə yuyulması üçün bir-iki dəfə sağa-sola çəkərək hərəkət etdiriblər.
Lakin yayımlanan görüntülər dəfələrlə təkrarlandığından seyrçilərdə işgəncə təəssüratı yaradaraq hiddət və qəzəb oyadıb.
Atamoğlan Nuriyev və Fərman Əzimov İnzibati Xətalar Məcəlləsinin 290.1.9-cu (ev heyvanı saxlayan və ya ona baxan şəxs tərəfindən ev heyvanlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərdə tutulmuş qayğıların göstərilməməsinə görə) maddəsinə uyğun olaraq barələrində protokol tərtib olunub.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO










