DİN-dən “Maqa”nın həbs edilmədiyi iddiasına – REAKSİYA

Mətbuatda və sosial şəbəkələrdə yazılanlara görə, baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevlə ötüşən “Mazda” markalı avtomobilin sürücüsü, “Maqa” ləqəbli Mirməhəmməd İsmayılov həbs edilməyib. İddialara görə, o, əksinə, xeyir işə hazırlaşır. Qeyd edilib ki, avqustun 12-də Mirməhəmmədin qız, 17-də isə oğlan toyudur. Onun yerinə cangüdəninə 30 sutka həbs veriblər. Cangüdəninin adının Orxan olduğu bildirilir. Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev Modern.az-a yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib: “Ortada Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumat var. Onun yerinə başqasına həbs verilməsi tam əsassızdır və mümkün olan şey deyil”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












