DİN-dən özünü yandırmaq istəyən şəxslə bağlı - Açıqlama

Bu gün Ağdamda 1970-ci il təvəllüdlü Bəhlul Əmirov özünü yandırmağa cəhd göstərib. Avtosfer.az-ın xəbərinə görə, B. Əmirovla bağlı təfərrüatlar məlum olub. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə Trend-ə açıqlamasında bildirib ki, bu, B.Əmirovun artıq 4-cü özünə qəsd faktıdır. “Əvvəllər dəfələrlə məhkum edilmiş Bəhlul Əmirov adının hallandığı sonuncu xırda talama faktı üzrə aparılan araşdırmadan narazı olduğu üçün istintaq orqanları qarşısında qanunsuz tələblər irəli sürərək, işin gedişatına həyatına qəsd etməklə təsir göstərməyə çalışıb. Bu, artıq ilk şantaj fakt deyil ki, o, həyatına qəsd edərək polisə, hüquq-mühafizə orqanlarına təzyiq göstərmək istəyir. Çox təəssüf doğurucu haldır ki, bu şəxs artıq həyatına qəsd etməyi pis vərdiş halına çevirib”, - rəis müavini qeyd edib.
O.Mansurzadə vurğulayıb ki, hadisə baş verən zaman ərazidə xidmət aparan mühafizə polisi əməkdaşlarının ayıqlığı və çevik reaksiyası nəticəsində B.Əmirovun həyatı xilas edilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












