DİN-dən şagirdlərin düşdüyü qəza açıqlaması - 3-nün vəziyyəti stabil, 2-nın isə orta-ağırdır

Martın 11-də saat 9:00 radələrində Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində "QAZ-53" markalı yük avtomobili ilə eyni istiqamətdə hərəkətdə olan "Ford Tranzit" markalı mikroavtobus toqquşub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, toqquşma nəticəsində mikroavtobusda olan 17 sərnişindən 5 nəfər xəsarət alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 3-nün vəziyyəti stabil, 2 nəfərinki isə orta-ağırdır. Mikroavtobusun sərnişinləri əsasən Aran qəsəbəsindən Yevlax şəhərinə sınaq imtahanına gedən 9-cu sinif şagirdləri olub və qəzaya uğradıqları mikroavtobus həmin şagirdlərin müəllim və valideynləri tərəfindən şifahi sövdələşmə yolu ilə sifarişi həyata keşirən nəqliyyat vasitəsi olub.
Faktla bağlı müvafiq araşdırma aparılır.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












