DİN-dən xəstəxanada ölən qadınla bağlı əhaliyə müraciət - 102-yə zəng edin

Daxili İşlər Nazirliyi Bakıda yol qəzası nəticəsində ölən qadınla bağlı növbəti dəfə əhaliyə müraciət edib. Nazirlikdən Avtosfer.az-a daxil olan məlumata görə, bu il iyunun 8-də Suraxanı rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 39-42 yaşlarında bir qadın bədən xəsarətləri ilə 3 saylı kliniki xəstəxanaya yerləşdirilib və 3 gündən sonra o, xəstəxanada ölüb. Şəxsiyyəti istintaqa məlum olmayan həmin qadın xəstəxanaya daxil olduqda Mərdəkan qəsəbəsində yaşadığını, adının və soyadının Mahuzarova Tahirə Davud qızı, 39 yaşı olduğunu göstərib. Həmin qadınını xarakterik əlamətləri belədir: orta boylu, dolu bədənli, şabalıdı saçları, əynində qara paltar var. Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə, həmçinin Suraxanı Rayon Polis İdarəsinə (012) 452-02-02 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, DİN şəkildəki qadınla bağlı bir müddət əvvəl də müraciət yayıb. Məlum qəzaya gəlincə, hadisə köhnə Suraxanı dairəsi adlanan ərazidə baş verib. “Nissan” markalı avtomobil Heydər Əliyev prospektindəki avtobus dayanacağına çırpılıb və nəticədə xəsarət alan 4 nəfərdən 3-ü müxtəlif vaxtlarda ölüb.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












