DİN əməkdaşları qanunsuz silah-sursat aşkarlayıb

Daxili işlər orqanları tərəfindən ayrı-ayrı vətəndaşlar tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə mütəmadi əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, ərazi polis orqanları tərəfindən keçirilən növbəti belə tədbirlər nəticəsində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən Hapıtlı kənd sakinləri Əhməd Məmmədovdan, Həsrət Qurbanovdan və Gülüş Əliyevdən ümumilikdə 3 ədəd “İJ-16”, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən isə Əsgərabad kənd sakini Səfər Səfərovdan 1 ədəd “İJ-58” markalı tüfənglər aşkar edilərək götürülüb.
Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib olunaraq məhkəmələrə göndərilib.
Həmçinin polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Ağdaş rayonunun Gürcuva kənd sakini Nurlan Əhmədov, Aşağı Nemətabad kənd sakinləri Vüqar Kazımov və Məzahir Rəhimov “İJ-16” və “TOZ-16”, Balakən şəhər sakini İlqar Osmanov nömrəsi silinmiş “İJ-16”, Ağdam rayonunun Əhmədağalı kənd sakini Kərəm Quliyev nömrəsi silinmiş “TOZ-16” markalı tüfəngləri könüllü olaraq aidiyyatı üzrə rayon polis şöbələrinə təhvil veriblər.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












