DİN Hacıqabuldakı əməliyyatın fotolarını yaydı

İctimai asayişin və təhlükəsizliyin etibarlı təmin edilməsi, əllərdə olan odlu silah-sursatın və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha da gücləndirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin (DİN) müvafiq qurumları Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə rayon ərazisində əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçiriblər. DİN-nin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, nəticədə şübhəli şəxs qismində hər biri əvvəllər məhkum olunmuş 11 nəfər saxlanılıb. Bildirilir ki, baxış zamanı onların üzərlərindən və yaşadıqları mənzillərdən 1 ədəd avtomat silah, 1 “Makarov” tipli tapança, 4 qumbara, 60 patron, 2 patron darağı və ümumi çəkisi 5 kiloqrama yaxın müxtəlif növ yüksək təsiredici narkotik vasitələr aşkar edilərək götürülüb. Qeyd olunan faktlar üzrə cinayət işləri qaldırılıb, zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI






















